Əlaqə Arxiv
news Image
2014.02.14
15:14
| A A A
İndoneziyada daha bir yanardağ partladı!

İndoneziyanın Sumatra adasındakı Sinabung vulkanının partlamasından sonra , ölkənin Java adasındakı Kleud Yanardağı da aktiv hala gəlib.


İndoneziyanın Java Adasında fəaliyyətə keçən Kleud Yanardağındakı partlayışlarda iki nəfərin həlak olduğu bildirilib.


Səlahiyyətlilər , yanardağın püskürtdüyü küllərin və vulkanik qayaların ağırlığı səbəbiylə çökən evlərin dağıntıları altında qalan iki nəfərin öldüyünü açıqlayıb.


Movqe.Az xəbər verir ki, ölkənin ikinci ən böyük şəhəri Surabaya daxil olmaqla böyük bir sahənin küllə örtüldüyü , bəzi yerlərdə kül qalınlığının 4 santimetrə çatdığı qeyd edilib.


Şahidlər, yanardağdakı partlayışların 200 kilometr uzaqlıqdan belə eşidilə bildiyini deyib.



Nəqliyyat Nazirliyindən edilən şərhdə , Jogyakarta , Solo və Surabaya aerodromlarda görüş məsafəsinin əhəmiyyətli nisbətdə azaldığı və vulkanik küllər təyyarə mühərriklərinə zərər verdiyi üçün bu havalimanlarının trafikə bağlanıldığını bildirilib.

Sizin Reklam Yeriniz