Əlaqə Arxiv
news Image
2014.02.14
16:55
| A A A
10 ton mənşəyi naməlum çürümüş ət aşkarlandı

"Bərdə rayonunda Səməd Vurğun küçəsi 9 ünvanında  yararsız halda olan və mənşəyi məlum olmayan 10 tona yaxın ət tapılıb. Ətlər Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində aşkarlanıb. Həmin şəxs ətlərin topdansatışı ilə məşğul olub". 

Bu barədə Movqe.az Dövlət Baytarlıq Xidmətinin Mətbuat Xidmətinin rəisi Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, bu barədə nazir Heydər Əsədova məlumat verilib, onun tapşırığı əsasında ərazidə reyd keçirilib. "Ətlər baytarlıq normalarına uyğun olmayan yerdə kəsilib və tələbələr cavab verməyən şəraitdə saxlanılıb. Ətlər iki ilə yaxındır ki, soyuducuda saxlanılıb. Soyuducunun normal işləmə rejimi təmin edilməyib, ətlərdə çürümə baş verib. Burada mənşəyi məlum olmayan, murdar olmuş xırdabuynuzlu heyvan ətləri də var. Ətlərdən nümunə götürülüb, müayinədən sonra heyvanat parkına veriləcək".

Y.Xanvəli bu ətlərin heyvanat parkına verilməsinin heyvanların sağlamlığına problem yaratmayacağını dedi. Aşkarlanmış ətlərin bir hissəsinin bazara çıxarılmasına gəldikdə isə, Y.Xanvəli bunu istisna etmədiyini bildirdi:

"S.Novruzovun sözlərinə görə, uyğun qiymətə sata bilmədiklərinə görə, iki ildir satışla məşğul olmurlar. Lakin buna baxmayaraq, baytarlıq xidmətinin əməkdaşları rayon bazarında hər gün reyd keçirir. Lakin ətlərin bir hissəsi kolbasa sexləri, şadlıq evləri, restoranlara da verilə bilər".


Sizin Reklam Yeriniz