Əlaqə Arxiv
news Image
2014.02.14
20:00
| A A A
ANS-dən əməkdaşlarının hədələnməsi ilə bağlı açıqlama
ANS Şirkətlər Qrupu bu gün haqqında yayılan şayiələrə cavab verdi. Bununla bağlı ANS Müstəqil Yayım və Mediya Şirkətinin ictimai əlaqələr xidməti bəyanat yayıb. Bəyanatda deyilir: "Bu gün bir sıra internet portalları və saytları Suriyada mövcud rejimə qarşı döyüşən azərbaycanlıları dəstəkləyən dindarların guya ANS-in əməkdaşları da daxil olmaqla bir neçə jurnalisti təhdid və təhgir etdiyi barədə məlumatlar yayıb. Lakin bir müddət sonra ANS əməkdaşlarının adlarının həmin siyahıya yanlış olaraq düşdüyü aşkarlanıb və səhv aradan qaldırılıb. Amma təkcə elə bu fakt Azərbaycan mediyasında yeni yaranmış və hər bir vətəndaş üçün acınacaqlı nəticələrə səbəb ola biləcək tendensiyanı üzə çıxardı. Bu, mənbəyi sosial mediya adlanan məlumatlara istinad edilməsidir. ANS-in hələ 1994-cü ildən fəaliyyət göstərən konsepsiyasına görə, ANS-in jurnalisti mənbəyi dəqiq göstərilməyən məlumatları yaya bilməz. Belə ki, ANS Yayım və Mediya Şirkətində "ekspertlərin rəyinə görə", "adlarını gizli saxlamaq istəyən mənbələr", "harasa yaxın olan mənbələr, "bəzi mətbu orqanlarına istinadən və ya "sosial şəbəkələrə istinadən" kimi ifadələrin yayılması qadağandır. Əslində, bu yasaq peşəkar jurnalistikanın təməl prinsipidir və kütləvi informasiya vasitələrində çalışanlar bu prinsipərə riayət etməyə sadəcə borcludur. Eyni zamanda bu prinsiplər vətəndaşları hər hansı qərəzli və böhtan xarakterli məlumat almaqdan qoruyur. ANS bir mətbu orqan olaraq Azərbaycanda 90-cı ildən fəaliyyət göstərir və heç bir siyasi, dini fəaliyyətlə məşğul olmur. ANS-in sıralarında müxtəlif dini və milli mənsubiyyətə malik insanlar çiyin çiyinə çalışır. Bizim işimiz mövcud hadisələrin işıqlandırılması ilə yanaşı həm də Azərbaycan və azərbaycançılılıq prinsilərinin qorunmasıdır.  ANS kütləvi informasiya vasitələrində çalışan həmkarlarına həmişə hörmət və ehtiramla yanaşır və eyni münasibəti özü üçün də arzulayır. İnanırıq ki, kütləvi informasiya vasitələri arasindakı münasibətlər gələcəkdə daha etibarlı dayaqlara əsaslanacaq və cəmiyyətin doğru məlumatlandırılmasına xidmət edəcək".
Sizin Reklam Yeriniz