Əlaqə Arxiv
news Image
2014.02.15
12:08
| A A A
Rusiya , yenə ABŞ-ı təqsirləndirdi

Suriyada döyüşü sonlandırmaq üçün Cenevrədə davam edən sülh danışıqlarının ikinci mərhələsi də uğursuz olub.

Müxaliflərin nümayəndəsi Lüey Safi , keçid hökuməti mövzusunda sənəd təqdim etdiklərini ancaq Suriya rejimindən yenə müsbət cavab almadıqlarını bildirərək danışıqların uğursuz olduğunu bildirib.

 Movqe.Az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov isə "Cenevrə danışıqlarında rejim dəyişikliyi hədəflənir" deyərək ad vermədən ABŞ-ın mövqeyini tənqid edib. Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi Lahdar İbrahiminin isə inkişaflar qarşısında üçüncü tmərhələ işlərə başladığı qeyd edilib. Digər tərəfdən Hələb şəhərində isə yenə qırğın yaşanıb. İraq Şam İslam Dövləti ( IŞİD ) adlı terror təşkilatının aktiv olduğu Hreten diyarına Suriyalı müxaliflərin ələ keçirilməsi ilə IŞİD , bölgədən çəkilərkən onlarla vətəndaşı qətl edib. Müxalif İslami Cəbhəsinin isə keçmiş Hələb bölgəsində rejim güclərinin qərargahı olaraq istifadə etdiyi binalara təşkil etdiyi bombalı hücumlarda 100-dən çox rejim əsgərinin öldüyü bildirilib. Bəşər Əsəd bağlı ordunun isə , Derada bir məscidi hədəf aldığı, məscid yaxınında bir vasitəyə yerləşdirilən partlayıcıların partlayış etməsi nəticəsində 20 nəfərin öldüyü qeyd edilib .

Sizin Reklam Yeriniz