Livanda yeni hökumət formallaşıb
Livanda 10 ay sürən siyasi böhrandan sonra yeni hökumət
formallaşıb. Movqe.az-ın "Al Arabiyya" agentliyinə istinadən
verdiyi xəbərə görə, Livan Nazirlər Kabinetin baş katibi Suxeyl
Bucinin açıqladığı hökumətə həm şiələrin "Hizbullah" və onun
tərəfdar təşkilatlarının təmsilçiləri, həm də sunniləri təmsil edən
keçmiş baş nazir Saad Haririnin nümayəndələri yer alıb. Livanın baş
naziri postunu keçmiş mədəniyyət naziri 68 yaşlı Tammam Salam
tutacaq. Bu vəzifədə o Nacib Mikatini əvəz edəcək