Əlaqə Arxiv
news Image
2014.02.16
18:22
| A A A
Özünü öldürmək istəyən 21 yaşlı qadın xilas edilib

Bakıda özünü çoxmərtəbəli binadan atmaq istəyən qadın xilas edilib.

Movqe.az-ın  Apa-ya istinadən məlumatına görə, fevralın 16-da günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə Qaradağ rayon Səngəçal qəsəbəsi Teymur Orucov küçəsindəki çoxmərtəbəli yaşayış binasında bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub.

 

Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin tibb və psixoloji şöbəsinin əməkdaşları hadisə yerinə cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1993-cü il təvəllüdlü Hüseynova Həmidə Vahid qızı intihar etmək məqsədi ilə doqquzmərtəbəli binanın damına çıxıb və özünü öldürmək istədiyini bildirib.

 

Xilasedicilər H. Hüseynovanın qaynatası ilə birlikdə onunla söhbət aparıblar və 21 yaşlı xanım fikrindən daşınıb.

 

Ailəsindən Qaradağ rayon 11-ci Polis Bölməsinə bildirilib ki, H. Hüseynova bundan əvvəl də bir neçə dəfə intihara cəhd edib. Ailəli olan 21 yaşlı xanımın övladı olmur. Onun bu məsələdən qaynaqlanan psixoloji problemləri olduğu deyilir.

Sizin Reklam Yeriniz