Əlaqə Arxiv
news Image
2014.02.17
09:50
| A A A
Ərdoğan da “Muhteşem Yüzyıl”dan danışdı

Ərdoğan, serialda göstərilən yox, həqiqi Qanuni sultan Süleymanın nəvələri olduqlarını deyib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da son günlər populyarlığın kulminasiya həddinə çatmış "Muhteşem Yüzyıl" serialından danışıb. Yerli mətbuatda verilən xəbərə görə, baş nazir daha əvvəl olduğu kimi yenə də serialı tənqid atəşinə tutub. Ərdoğan, serialda göstərilən yox, həqiqi Qanuni sultan Süleymanın nəvələri olduqlarını deyib. 


"Bizim əcdadımız həyatını bu filmdəki kimi qeyri-əxlaqi formada keçirməyib. Həmin Qanuninin demək olar ki, bütün ömrü at belində ölkələr arasında keçib. Ona da böhtan atdılar. Biz telekanallarda göstərilən Qanuninin yox, həqiqi Qanuninin nəvələriyik". 


Qeyd edək ki, daha əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, habelə türkiyəli və azərbaycanlı bəzi tarixçilər bu serialda tarixin düzgün əks olunmadığını bildirmişdilər. 

(Anspress)

Sizin Reklam Yeriniz