"Google" dan yenilik
Google şirkəti buraxılış qabiliyyəti hazırkı
genişzolaqlı internetin sürətini dəfələrlə ötən gələcək nəsil
internet şəbəkəsini layihələşdirir. Yeni texnologiyanın məlumatları
saniyədə 10 giqabit sürətində ötürməyə imkan verəcəyi
gözlənilir. Şirkətin maliyyə direktoru
Patrik Piçettin sözlərinə görə, bu sürətə on ildən sonra da nail
olmaq olar, lakin Google gözləmək fikrində deyil. Belə ki, yeni
texnologiya artıq üç ildən sonra tətbiq edilə bilər. Hazırda biz
bunun üzərində iş aparırıq, gözləməyə ehtiyac yoxdur, - o
bildirib. Bundan əvvəl GoogleFiber
layihəsi çərçivəsində şirkət ABŞ-ın Kanzas-Siti şəhərində buraxılış
qabiliyyəti saniyədə 1 giqabit təşkil edən genişzolaqlı simli
şəbəkə çəkib ki, bu da əksər internet şəbəkələrinin sürətindən
təxminən yüz dəfə sürətlidir. Bu şəbəkəyə qoşulmanın qiyməti 300
dollara (evə optik-lif xəttinin çəkilməsi və avadanlığın
quraşdırılması), aylıq abunə haqqı 70 dollara (televiziyasız)
bərabərdir. Şəbəkəyə sürətli qoşulma
iri tutumlu kontentin ötürülməsi və Googleunonlayn servislərinin
sürətli işi üçün əhəmiyyət kəsb edir. Axtarış sistemi getdikcə daha
çox internet provayderi rolunda fəal çıxış edir. Şirkət GoogleFiber
ilə yanaşı, ötən ilin yanvarında mənzil-qərargahında əhatə dairəsi
3 kilometrə çatan simsiz sınaq şəbəkəsini qurub.