Əlaqə Arxiv
news Image
2014.02.17
10:04
| A A A
Xaçmazda qadını maşın vurdu

Dünən axşam saatlarında Xaçmaz şəhəri, N.Nərimanov küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 


Movqe.az Milli.Az-a istinadən bildirir ki, "Lexus" markalı 90 GS 811 dövlət nömrə nişanlı avtomaşın Xaçmaz şəhər sakini 63 yaşlı Mustafayeva Sara Əmrulla qızını vurub.  Sürücü hadisədən sonra xəsarət alan şəxsi Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.


Xəsarət alan 63 yaşlı Sara Mustafayeva Xaçmaz yaşıllaşdırma idarəsinin əməkdaşıdır.


Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Sizin Reklam Yeriniz