Əlaqə Arxiv
news Image
2014.02.18
14:26
| A A A
Toz və his içində ağaclar
Telman Zeynalov: «Avtomobillərin tüstüsü ağacların da həddindən artlq çirklənməyə məruz qalmasına səbəb olur» Fəridə Hüseynova: «Maşınların tüstüsü, his və sair ağacların funksiyasını yerinə yetirməsinə maneə olur»

Paytaxtda hərəkət edən çoxsaylı avtomobillərin buraxdığı tüstü və qaldırdığı toz insanlarlarla bərabər, bitkilərə də öz təsirini göstərir. Toz və hisin təsirindən ağaclar çirkaba bürünür və bu halda onların havaya oksigen buraxa bilmələri özü belə böyük sual altına düşür. Bir sıra xarici ölkələrdə belə vəziyyətdə  çirklənmiş ağacları yuyaraq təmizləyirlər. Azərbaycanda da ağacların bu cür yuyulub təmizlənməsinə ehtiyac varmı?

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Movqe.az-a bununla bağlı münasibət bildirib: "Bizdə ağacların yuyulması həyata keçirilmir. Sovet dönəmində avtomobil yolları yuyulurdusa, indi bu da yalnız bəzi yollarda həyata keçirilir. Düzdür, avtomobillərin tüstüsü ağacların da həddindən artlq çirklənməyə məruz qalmasına səbəb olur. Amma yaxın zamanlarda artıq ölkəmizdə avtomobillərin ekologiyaya vurduqları ziyanı aradan qaldırmaq üçün "Avro-4" standartına keçidlə bağlı qərar qəbul edilib. Bununla yanacaq vasitələrində ətrafa yayılan zəhərli qazların həcminin  minimuma endirilməsi nəzərdə tutulur. Ancaq yolların kənarında nə qədər çox çinar, şam kimi ağacları əkilsə, o qədər yaxşıdır. Onlar atmosferə gedən çirkab maddələrini özlərinə yığırlar. Ona görə də, yaxşı olar ki, yeni yollar salınanda, binalar tikiləndə ətrafda çoxlu ağac əkilsin. Çünki ağaclar olsa, çirkabı, tozanğı özünə yığar. Yağış yağanda da təmizlənər. Ağacın əlavə yuyulmasına ehtiyac yoxdur. Külək də, yağış da o ağaclardakı tozu onsuz də təmizləyir. Biz ağacların sayının çoxalmasına diqqət etməliyik". 

Azərbaycan Yaşıllar Hərəkatının sədri, ekoloq Fəridə Hüseynova isə qeyd edir: "Bakıda əsasən insanlar çox olan yerlər təmizlənir. Ağaclara qulluq üçün isə yalnızca müəyyən mövsümlərdə budayırlar.  Düzdür, təbii yağıntılar ağaclardakı tozu yuyub aparır. Amma yağış da hər gün yağmadığından, maşınların tüstüsü, his və sair ağacların funksiyasını yerinə yetirməsinə maneə olur. Yağış yağan zaman isə, su havadakı toz-dumanı da təmizlədiyindən ağacların ətrafdakı çirkabı udma qabiliyyəti artır. Bu səbəbdən çalışılmalıdır ki, yol kənarlarında daha çox ağac əkilsin və yaşıl təbəqə əmələ gəlsin. Çünki ağacın gövdəsi çirkləndirici maddələri həzm etmək qabiliyyətinə malik deyil. Yalnız yaşıl kütləsi bu işi görür. Ona görə də gərək ya yaşıllaşmış ağaclar, ya balaca kollar, yaxud da qazonlar salınsın. Yaşıllıq olmayanda yağış yağan zaman havadakı çirkli maddələr torpağa hopur. Sovet dönəmində məhz bu səbəbdən böyük magistral yolların 50 metr yaxınlığındakı ərazilər antisantar torpaqlar hesab olunurdu. Maşınların təsirindən havada yaranan çirkli maddələrin torpağa hopması nəticəsində  onlar orada toplandığından artıq torpağı zəhərləmiş olur. Çünki orada ağır metallar toplanmış olur. Toplanan bu ağır metalların təmizlənməsi üçün isə xüsusi tədbirlər görülməli olur". 


Sizin Reklam Yeriniz