Etiraz aksiyaları başlayıb
Kanadada tələbələrin kütləvi etiraz aksiyaları
yenidən geniş vüsət alıb. Ən böyük şəhərdən olan Monrealda
tələbələr bir neçə etiraz aksiyası keçiriblər. Tələbələrin
etirazına səbəb isə təhsil haqqlarının artırılması planıdır.
Etirazçıların ən böyük təhdidlərindən biri isə Formula-1 Qran Pri
yarışlarına da maneə törədəcəklərini
açıqlamasıdır.
Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Polis tələbələrə qarşı gözyaşardıcı qazdan istifadə ədib. Etirazlarda 39 nəfərin həbs edildiyi bildirirlər.
Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Polis tələbələrə qarşı gözyaşardıcı qazdan istifadə ədib. Etirazlarda 39 nəfərin həbs edildiyi bildirirlər.
Qeyd edək ki, aksiyalara fevral ayından başlanılıb. Mütəxəssislər bu cür aksiyaların turizm sahəsinə ciddi zərbə vura biləcəyini söyləyirlər.