Əlaqə Arxiv
news Image
2014.02.18
17:41
| A A A
Dünyanın sonuna 4 gün qaldı?- Həyəcan

Qədim mayalıların təqviminə görə, 2012-ci ildə dünyanın sonu olmalıydı. Fəqət, bu təxmin gerçəkləşmədi. İndi növbə vikinqlərin təqviminə çatıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, qədim vikinqlərin törəmələri bu il 30-cu dəfə keçiriləcək Yorvik Vikinq Festivalına axışırlar. İngiltərənin Yorkşir qraflığındakı Raqnarök qəsəbəsində təşkil edilmiş festivala yığışanlar sidq-ürəkdən inanırlar ki, fevralın 22-də "Raqnarök", yəni dünyanın sonu olacaq. Həmin gün qiyamət və məhşərin olacağına, Günəşin və Ayın tutulacağına inananların dediklərinə görə, şər tanrısı Loki zəncirlənmiş oğlu, canavar Fenriri azad edəcək. Kökləri yerin ən dərin qatlarına qədər uzanan Dünya Ağacını yeraltı əjdaha Nidhoqq gəmirməyə başlayacaq və qurudacaq. Nəhəng Jormungand ilanı dənizdən çıxacaq, yer yarılacaq, Hel tanrısının qorxunc məxluqları üzə çıxacaqlar. Vikinq mifologiyasına görə, fevralın 22-də dünyanın sonunun çatacağını tanrılar tanrısı Odinin məzardan çağırdığı ölü öncəgörən Velva deyib.

Vikinqlərin "Vaftrudnirin kəlamları", "Böyük Edda" və "Balaca Edda" dastanlarında vurğulanır ki, Raqnarökdən əvvəlki 3 ildə Yer üzündə Fimbulvinter adlı çox soyuq qış ayları yaşanacaq. Ranqarök günü nəhəng canavar Fenrir Günəşi udacaq, daha sonra alovlu qılıncı olan nəhəng Surt yeraltı dünyanın tanrısı Hel və məkrli alov tanrısı Loki, habelə qarlı nəhənglər olan qrimtursenlər və yotunlarla birləşərək insanlara divan tutacaqlar. Onlara içi ölülər dolu gəmi ilə Hölheymdən gələn şər ruhlar da qatılacaqlar, Naqlfar qoşunu yaradacaqlar. Muspelheymin oğullarının qoşunları Bivröst körpüsündən çaparaq keçəcəklər və həmin körpü də dağılacaq. Tanrılar tanrısı Odin böyük Qyallarhorn buynuzunu çalaraq Heymdalldakı tanrıları və mühafizləri çağıracaq, mimira ilə məsləhətləşəndən sonra Vikridr çölündə döyüşə yollanacaq. Fenrirlə döyüşən Odini nəhəng canavar öldürəcək. Lakin Odinin oğlu Vidar canavarı öldürəcək. Tor isə Yormunqand ilanı ilə döyüşərək onu məhv edəcək, amma özü də zəhərdən öləcək. Freyr tanrısı Surtla döyüşəcək və həlak olacaq. Heymdall Loki ilə, Tyur köpək Harm ilə qarşılaşacaq. Xeyrin Şərə qalib gələ bilmədiyini görən nəhəng Surt alovları toplayaraq yerə yollayacaq, insanlar məhv olacaqlar. Lakin çox az sayda adam sağ qalacaq və onlar Asqardın mərkəzindəki İdavollda məskunlaşacaqlar. Yeni bəşəriyyətin baniləri Liv və Livtrasir olacaqlar. Təbii, bütün bunlar mifologiyadır və reallıqla əlaqəsi olan təxminlər sayıla bilməz.

Sizin Reklam Yeriniz