Əhalinin banklardakı borclarının həcmi açıqlandı
Maliyyə Nazirliyinin məlumatlarına əsasən 2013-cü ildə dövlət
büdcəsinə 19.5 milyard manat vəsait daxil olub. Movqe.az-ın Dövlət
Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə,
büdcədən 19.1 milyard manat vəsait xərclənib. Büdcənin gəlirləri
ilə xərcləri arasında yaranmış 351.1 milyon manatlıq profisit ümumi
daxili məhsulun 0.6 faizinə bərabər olub. 2014-cü il yanvarın 1-nə
kimi ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə
15,4 milyard manat məbləğində kredit ayırıblar. Verilmiş
kreditlərin həcmi 2013-cü il yanvar ayının 1-i ilə müqayisədə 26,0
faiz artıb, onun 78,4 faizi və ya 12,1 milyard manatı uzun müddətli
olub. Kreditlərin 792,8 milyon manatının, yaxud 5,1 faizinin ödəmə
vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin məbləği bir il
ərzində 25,1 faiz artaraq yanvar ayının 1-i vəziyyətinə 6,4 milyard
manata çatıb. Yanvar ayında milli valyutanın 1 ABŞ dollarına
məzənnəsi 0,78 manata, 1 Avroya 1,07 manata və 100 Rusiya rubluna
2,34 manata bərabər olmuşdur.