Əlaqə Arxiv
news Image
2014.02.19
10:19
| A A A
Dövlət Miqrasiya Xidməti əcnəbilərə iş icazəsi blankını nazirlikdən alacaq

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsi blankının ciddi hesabat sənədi kimi uçotu Qaydaları"nın və Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında qərar verib.

 Movqe.az-ın məlumatına görə, Maliyyə Nazirliyinə tapşırılıb ki, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə verilən iş icazəsinin blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etsin və bu barədə Nazirlər Kabinetinə məlumat versin.  Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi tələbata uyğun olaraq iş icazəsi blankının sifariş edilməsi Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək və çap olunmuş iş icazəsi blankının Dövlət Miqrasiya Xidmətinin müraciətinə əsasən ona verilməsini təmin edəcək.  Nazirlər Kabinetinin digər qərarı ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələri də təsdiqlənib.

Sizin Reklam Yeriniz