Əlaqə Arxiv
news Image
2014.02.19
14:20
| A A A
Qiyabi təhsil üçün plan yerləri azaldılıb

Azərbaycanda növbəti tədris ilindən orta ixtisas təhsili müəssisələrində 2 ixtisas - ibtidai sinif və informatika müəllimliyi üzrə müəllim hazırlığı dayandırılacaq.Movqe.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Natiq İbrahimov deyib. Onun sözlərinə görə, növbəti tədris ili üçün ali təshil müəssəsilərinə müəllim ixtisası üzrə qəbul artırılsa da, ümumilikdə respublikada müəllim ixtisasları üzrə qəbul planı azaldılıb. Qəbul planın azalması əsasən kolleclərdəki müəllim hazırlığının dayandırılması ilə bağlıdır.N.İbrahimov deyib ki, Azərbaycanda 2014-2015-ci növbəti tədris ilindən bakalavriat səviyyəsi üzrə qiyabi təhsil forması üzrə plan yerlərinin sayı da azaldılıb. Bu ildən isə magistratura pilləsində qiyabi təhsil formasına qəbul aparılmayacaq : "Bununla da qiyabi təhsil forması üzrə təhsil məhdudlaşdırılır. Hazırda qiyabi təhsil üzrə müxtəlif universitetlərdə təhsil alan tələbələrin köçürülməsi bizə problem kimi görünmür. Çünki proqram eynidir və eyni proqram əsasında hazırlaşıblar".

Sizin Reklam Yeriniz