Əlaqə Arxiv
news Image
2014.02.19
15:45
| A A A
Baş pediatrdan valideynlərə özəl klinikalarla bağlı xəbərdarlıq-Özəl
Ölkənin baş pediatrı Nəsib Quliyev valideynlərə xəbərdarlıq edib. Movqe.az-a açıqlamasında baş pediatr ölkədə uşaqların icbari dispanserizasiyasının dövlət hesabına aparıldığı təqdirdə valideynlərin müayinə üçün özəl klinikalara üz tutmasının lazımsız olduğunu söyləyib: "Bəzi valideynlər çek-up" müayinə paketi ilə uşağının sağlamlığından əminlik üçün özəl klinkalara üz tutmasına ehtiyac yoxdur. "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunun qəbulu dövlət hesabına ölkədə 3 milyondan çox uşağın müayinə və müalicəsini təmin edəcək. Bu qanunun tətbiqindən sonra  ölkədə müayinədən keçməyən uşaq qalmayacaq. İcbari dispanserizasiyada "çek-up" müayinə paketlərindəki kimi müəyyən müayinələr deyil, bütün müayinə və müalicə tədbirləri nəzərdə tutulub. Ona görə də valideynlər çalışmalıdırlar ki, onlar uşaqlarını icbari dispanserizasiyadan kənar qoymasınlar".
Sizin Reklam Yeriniz