Əlaqə Arxiv
news Image
2014.02.19
16:00
| A A A
Suraxanıda Xocalı faciəsinin növbəti ildönümü geniş qeyd edilir

Xocalı soyqırımının növbəti  ildönümü ilə bağlı Suraxanı rayonunda silsilə tədbirlər keçirilir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş növbəti tədbir 19 fevral 2014-cü il tarixdə rayonun 285 nömrəli tam orta məktəbində keçirilib. Tədbir iştirakçıları əvvəlcə məktəblilərin hazırladıqları "Xocalı faciəsi uşaqların gözü ilə" adlı rəsm sərgisi ilə tanış olublar.

Sonra məktəbin Akt zalında tədbir başlayıb. Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova , ictimaiyyətin nümayəndələri, rayonda məskunlaşan Xocalılar, məktəblilər, müəllimlər bir dəqiqəlik sükutla Xocalı faciəsinin qurbanlarının əziz xatirəsini yad etdiblər. 285 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxıblar. 

Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd edib ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Dağlıq Qarabağdan 50 min azərbaycanlı soyqırımı və təcavüzə məruz qalmış, didərgin salınmış, eləcə də 250 min azərbaycanlı tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edilmişdir.

Sevinc Hüseynova eyni zamanda qeyd edib ki, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, Ermənistanın sovet hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, Xocalı genosidi müxtəlif təşkilatlarda gündəmə gətirilmiş, bununla bağlı bir çox internet saytları yaradılmışdır. 

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, bunun üçün müxtəlif tədbirlərin keçirilməsi Heydər Əliyev Fondunun fəaliyyətində əsas yerlərdən birini tutan ümumi məqsəddir.    

Tədbirdə çıxış edənlər erməni şovinist-miilətçiləri tərəfindən Xocalılara qarşı həyata keçirilən soyqırımı haqqında danışıblar.


Sizin Reklam Yeriniz