Əlaqə Arxiv
news Image
2014.02.19
18:18
| A A A
Sergey Lavrov: “Rusiya Ukraynada baş verənlərə hakimiyyətin zorla və silah yolu ilə ələ keçirilməsi cəhdi kimi baxır”

"Rusiya Ukraynada baş verən hadisələrdən narahatlıq keçirir".


APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov küveytli həmkarı Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahla birgə keçirdiyi brifinqdə bildirib.

 

S. Lavrov Qərb ölkələrini və Ukrayna müxalifətini sərt tənqid edib: "Təəssüf ki, Ukrayna hakimiyyətinin müxalifətə güzəşt təklifi heç bir nəticə vermədi. Müxalifət hakimiyyətin güzəşt təklifini rədd etdi. Bildiyiniz kimi, müxalifətin rəhbərlik etdiyi radikallar Ukraynada inzibati binaları silah yolu ilə zorla ələ keçiriblər. Rusiya bu hadisəyə hakimiyyətin zorla və silah yolu ilə ələ keçirilməsi cəhdi kimi baxır. Bu, yolverilməzdir. Bunun məsuliyyətini Ukrayna silahlı qruplara rəhbərlik edən müxalifət liderləri daşıyır".

 

Sergey Lavrov Qərb ölkələrinin də Ukraynada baş verənlərə görə məsuliyyət daşıdığını söyləyib: "Bir sıra qərbli siyasətçilər Ukraynada baş verənlərə görə Rusiyanı günahlandırırlar. Rusiyanın postsovet ölkələrini təzyiq altında saxladığını söyləyirlər. Hadisələr başlayandan bəri Qərb ölkələri Ukraynanın daxili işlərinə qarışırlar. Ukraynanı sanksiyalarla hədələyiblər, indi də hədələməkdə davam edirlər. Biz dəfələrlə qərbli həmkarlarımıza bu barədə narahatlığımızı bildirmişik. Ukraynanın daxili işlərinə qarışmamağa çağırmışıq və hakimiyyətin daxildə baş verənləri tənzimləmək iqtidarında olduğunu bildirmişik. Lakin Qərb ölkələri yenə də Ukraynadakı hadisələrə istiqamət verməkdə davam edirlər".

Sizin Reklam Yeriniz