Əlaqə Arxiv
news Image
2014.02.19
19:22
| A A A
Azad Suriya Ordusu Dəməşqə yaz hücumuna hazırlaşır

Azad Suriya Ordusu Dəməşqə yaz hücumuna hazırlaşır. Suriyanın cənubundakı üsyançılar Azad Suriya Ordusunun Dəməşq üzərinə genişmiqyaslı yaz hücumu planlaşdırdığını rəsmən bəyan ediblər. Movqe.az-ın France-Presse agentliyinə istinadən verdiyi məlumata görə, bu hücumda qonşu İordaniyada məskunlaşmış xarici hərbi təlimatçıların hazırladığı döyüşçülər də fəal surətdə iştirak edəcəklər. Əməliyyata təxminən 3 min döyüşçünün qatılacağı gözlənilir. İlk olaraq, onlar Suriya paytaxtından 100 km məsafədə olan İordaniya ilə həmsərhəd Deraa əyalətini tam nəzarətə götürəcəklər. Müxalifət liderlərinin sözlərinə görə, son aylar onlar sözügedən regionda əhəmiyyətli uğurlara nail olublar. Eyni zamanda ölkənin cənubundakı əsas qruplaşmalar arasında əlaqəni bərpa edə biliblər.

Sizin Reklam Yeriniz