Əlaqə Arxiv
news Image
2012.06.10
18:46
| A A A
“New-York Times”: "Dağlıq Qarabağda əməliyyatlar başlasa Rusiya müdaxilə edə bilər"
ABŞ-ın "New-York Times" qəzetinin yaydığı məlumata görə, Rusiyanın hərbi təyyarələri Ermənistan üzərində təlim uçuşlarının sayını artırıb. Rusiya bununla Ermənistan ilə Azərbaycan arasında hərbi əməliyyatlar yenidən başlasa müdaxilə edə biləcəyi barədə xəbərdarlıq edir.


Ötən ilə nisbətən 2012-ci ildə Rusiyanın Ermənistandakı hərbi bazalarında təlim uçuşlarının sayı 20 faiz artaraq 300-ə çatdırılıb. Qəzet Rusiya hərbi qüvvələrinin rəsmisi polkovnik İqor Qorbula istinadən yazır ki, hərbi təyyarələr bu təlimlərlə real döyüşə hazırlaşır.

"New-York Times" xatırladır ki, Rusiya, Fransa və ABŞ Ermənistan ilə Azərbaycanı dəfələrlə Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyə çağırmışlar. Bununla yanaşı, Rusiya Ermənistanda hərbi bazasını yerləşdirmiş və mütəmadi olaraq bu ölkəyə silah satır.

Qəzet onu da qeyd edir ki, hazırda BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan BMT-yə müraciət edərək vasitəçilərin köməyi ilə münaqişədə bu il həll yolunun tapılmasına ümid edir.
Atəşkəsin pozulması nəticəsində ötən həftə hər iki tərəfdən ən azı səkkiz əsgər ölmüşdür.

Sizin Reklam Yeriniz