Əlaqə Arxiv
news Image
2014.02.20
18:30
| A A A
1300 kq-dan çox məhsul məhv edilib
İstehlaka yararsız 1300 kq-dan çox məhsul məhv edilib.  İqtisadiyyat və Sənaye Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub. Ümumilikdə 1300 kq-dan çox məhsul satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Sizin Reklam Yeriniz