Əlaqə Arxiv
news Image
2014.02.21
09:30
| A A A
Peyğəmbərə hörmətsizlik edən seriala qadağa
Türkiyənin "Samanyolu" telekanalında yayımlanan "Şefkat Tepe" serialının çəkilişləri yasaqlandı. ANS PRESS-in xəbərinə görə, Konya vilayət mərkəzi və rayonlarında serialın çəkilişi üçün verilən icazə Konya valisi tərəfindən ləğv olunub. Bu qadağaya, serialın 166-cı seriyasında nümayiş olunan İslam peyğəmbəri Həzrəti Muhammədə (ƏS) qarşı hörmətsizlik səbəb kimi göstərilib. Bundan başqa bildirilib ki, çəkilişlər təbii sərvətlərin mühafizəsi barədə qanunun çərçivəsinə daxil olan məkanlara ziyan vurur. Həmçinin bildirilib ki, bu yerlərdə təmizlik və restovrasiya işləri aparılacaq. Xatırladaq ki, Türkiyənin "Samanyolu" kanalında nümayiş olunan "Şefkat Tepe" serialının 166-cı seriyasında İslam peyğəmbərinə qarşı hörmətsizlik nümayiş olunub.
Sizin Reklam Yeriniz