Əlaqə Arxiv
news Image
2014.02.21
11:27
| A A A
İranda 100-dən çox azərbaycanlı həbs olundu
Həbs olunanların Cənubi Azərbaycan Milli Hərəkatının üzvləri olduğu bildirilib

İranda 100-dən çox azərbaycanlı müxalif həbs olunub. Movqe.az-ın Anspress-ə istinadən məlumatına görə, müxaliflərin həbs edilməsi Beynəlxalq Ana dili günün qeyd edilməsi ilə bağlı olub. Həbs olunanların Cənubi Azərbaycan Milli Hərəkatının üzvləri olduğu bildirilib. 


Türkiyəyə sığınan Cənubi Azerbaycanlı Ramin Cabbarlı Cihan Xəbər Agentliyinə bildirib ki, Əhər şəhərində bir araya gələn azərbaycanlılardan İbrahim Savalan, Abbas Veysanlı və Saleh Molla Abbasi kimi ondə gələn müxaliflərin həbs olunduğunu deyib. 


İranda yaşayan 30 milyondan çox azərbaycanlının ana dildə təhsil hüququ belə sahib olmadığını deyən Cabbarlı , bölgədəki yeraltı qaynaqlarının istismar edildiyini, Urmiya Gölünün belə qurudulduğunu söyləyib.


Sizin Reklam Yeriniz