Daha bir nazir vətəndaşlarla görüşdü
Bu gün Vergilər naziri Fazil Məmmədov tərəfindən
Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində şikayətçilərlə
görüş keçirib. Nazirliyin mətbuat
xidmətindən Movqe.az-a verilən xəbərə görə, daxil olan xəbərə görə,
görüşdə Mingəçevir şəhərindən, Yevlax və Goranboy rayonlarından
olan vətəndaşlar iştirak edib. Vergilərin hesablanması, ödənilməsi,
nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti
tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər,
vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa
güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və
digər məsələlərlə bağlı 50-dən çox vətəndaş Vergilər nazirinə
müraciət edib. Qəbul zamanı qaldırılan
problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə
götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər
görülməsi ilə bağlı müvafiq tapşırıqlar
verilib.