Əlaqə Arxiv
news Image
2014.02.21
15:34
| A A A
Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyəti Səbail rayon İcra Hakimiyyətində olub

Azərbaycanda rəsmi səfərdə olan Türk Dünyası Bələdiyyələr Birliyinin nümayəndə heyəti Səbail rayon İcra Hakimiyyətində olmuşlar. Nümayəndə heyətini qəbul edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ilk öncə qonaqları salamlamış, paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonun stateci əhəmiyyət kəsb etdiyini bildirmiş və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat vermişdir. Asif Əsgərov son illərədə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlərdən danışmış, bu nailiyyətlərin qazanılmasında Ulu öndən Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük rolunu qeyd etmişdir. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan söz açmış, bir neçə gündən sonra 22-ci ildönümü qeyd olunagan Xocalı soyqırımı barədə məlumat vermişdir.


Asif Əsgərov rayondakı hər üç bələdiyyə – Səbail, Badamdar və Bibiheybət Bələdiyyələri, onların fəaliyyətindən də söz açaraq bildirmişdir ki, bələdiyyələr rayondakı abadlıq, sosial quruculuq işlərində yaxından iştirak edir, rayon İcra Hakimiyyəti ilə birgə vacib sosial layihələri reallaşdırırlar. O, həmçinin qarşıda duran vəzifələr barədə məlumat vermişdir.


Ölkəmizdə səfərdən mənmunluq hissi keçirdiyini deyən Türk Dünyası Bələdiyyələr Birliyinin Məşvərət Şurasının üzvü Adəm Esen Azərbaycanın inkişafından qürür duyduğunu söylədi. O, təmsil etdiyi qurumla Azərbaycan bələdiyyələri arasında tədrübə mübadiləsinin aparılmasının vacibliyindən danışdı.


Digər çıxış edənlər: Türk Dünyası Bələdiyyələr Birliyinin Baş katibi Mustafa Başqurt, Kutahya Bələdiyyə Başqanı Ahmet Torun, iş adamı Murat Şahin – ölkəmizə səfərin səmərəli olduğunu qeyd etdilər. Bakıda gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirgrək, Bələdiyyələr fəaliyyəti çərçivəsində əməkdaşlığın, həmçinin gələcək birgə layihələrin əhəmiyyətini vurğuladılar. Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olundu.


Sonra qonaqlar Səbail rayonunun görməli yerlərində olular, "Sahil bağı", Dənizkənarı Milli Parkı şəhərimizin gözəlliyinə vurğun olmalarını bildirdilər.

Sizin Reklam Yeriniz