Xərçəng xəstəliyi Azərbaycanda prorektorun həyatına son qoydu
Azərbaycan Dillər Universitetinin tədris işləri
üzrə prorektoru, professor Natiq Yusifov uzun sürən xərçəng
xəstəliyindən sonra bu gün səhər dünyasını dünyasını
dəyişib. Bu barədə Modern.az saytına Azərbaycan Dillər
Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat
verib. Natiq Yusifov 1948-ci ildə Qəbələ rayonunda anadan olub.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Dillər
İnstitutunun Qərbi Avropa dilləri fakültəsinə İngilis və Azərbaycan
Dillər ixtisasına qəbul olunub, 1971-ci ildə həmin ixtisası
fərqlənmə diplomu ilə bitirib. İnstitut Elmi Şurasının qərarı ilə
1971-ci ilin sentyabrından İngilis dili kafedrasının müəllimi
vəzifəsinə işə qəbul olunub. 1973-cü ildə həqiqi hərbi xidmətdə
olub. Hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan Pedaqoji
Xarici Dillər İnstitutunun İngilis dili fakültəsində davam etdirib.
1975-1978-ci illərdə həmin institutun aspiranturasında German
Dilləri ixtisası üzrə təhsil alıb və 1985-ci ildə Pyatiqorsk Dövlət
Xarici Dillər İnstitutunda German Dilləri ixtisası üzrə "İngilis
dilində səs təqlidi sözlərin struktur-semantik təhlili" mövzusunda
dissertasiya müdafiə edərək, f.e.n. alimlik dərəcəsi alıb. 1986-cı
ildə 1№li Leksika kafedrasının dosenti seçilib. 1990-2009-cu
illərdə İnstitutun İngilis dilinin Leksikologiyası kafedrasının
müdiri, 2009-2010-cu illərdə İngilis dili fakültəsinin dekanı
vəzifələrinə müsabiqə yolu ilə seçilib. 2000-ci ildən indiyədək
Azərbaycan Dillər Universitetinin tədris işləri üzrə prorektoru
vəzifəsini tutub. 45-dən çox elmi məqalənin, dərsliyin, fənn
proqramlarının, monoqrafiyanın müəllifidir. 1998-ci ildən indiyədək
həm də Azərbaycan Dillər Universitetinin İngilis dilinin
Leksikologiyası kafedrasında pofessor idi. Üç övladı var.