Əlaqə Arxiv
news Image
2014.02.22
10:47
| A A A
Putin və Obama Ukraynadakı vəziyyəti müzakirə ediblər
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama telefonla Ukraynadakı vəziyyəti müzakirə ediblər. Movqe.az-ın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, Vladimir Putin Ukraynadakı vəziyyətin sabitləşməsi üçün təcili tədbirlərin görülməsi və ölkədə qarşıdurmanı təhlükəli həddə çatdıran radikal müxalifətlə işləməyin vacibliyini vurğulayıb. Barak Obama həmkarını Soçidə Qış Olimpiya Oyunlarının müvəffəqiyyətlə keçirilməsi ilə təbrik edib. Prezidentlər, həmçinin, Suriya və İran ətrafında məsələləri müzakirə ediblər. ABŞ Dövlət Departamenti Obama-Putin dialoqunu konstruktiv adlandırıb.
Sizin Reklam Yeriniz