Əlaqə Arxiv
news Image
2014.02.22
11:12
| A A A
Polis əməkdaşını maşın vurub

Zaqatalada polis əməkdaşını maşın vurub. APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 132-ci ikilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib. 1987-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Babayev Baba idarə etdiyi VAZ 2106 markalı 10 RE 206 dövlət nömrə nişanlı avtomobiilə yolu keçmək istəyən piyada, 1970-ci ildə Bərdə rayonunda anadan olmuş, hazırda Zaqatala şəhəri Azərbaycan prospekti 13 ünvanında kirayədə yaşayan Sadıqov İlqar Məhəmməd oğlunu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan İlqar Sadıqov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Zaqatala MRX-dan  verilən məlumata görə, qəza nəticəsində xəsarət alan İlqar Sadıqovun hazırda vəziyyəti orta-ağır hesab olunur, müalicəsi xəstəxananın travmatologiya şöbəsində davam etdirilir. Zaqatala rayon hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qəza nəticəsində xəsarət alan piyada  İlqar Sadıqov Zaqatala rayon Polis Şöbəsinin təhqiqat bölməsinin zabitidi.Hal-hazırda onun məzuniyyətdə olduğu bildirilir. Fakla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol polisi İdarəsinin təhqiqat və istintaq bölməsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz