Əlaqə Arxiv
news Image
2014.02.23
09:18
| A A A
Gülər Əhmədova ölümlə hədələndi

Gülər Əhmədova hədə-qorxu dolu mesaj alıb: "Bu həbsxanaya gəlsən səni öldürəcəyik, sən özünü ölmüş bil"

Həbsxanada olan sabiq deputat Gülər Əhmədovaya qorxu və təhdid dolu mesajlar göndərilib. 

Bunu ANS PRESS-ə açıqlamasında Milli Məclisin sabiq üzvü G.Əhmədovanın vəkili Əfsər Talıbov söyləyib. 


O, bildirib ki, ötən gün müvəkkili Gülər Əhmədova ilə görüşüb. Bu zaman Gülər Əhmədova ona hədə-qorxu dolu mesaj aldığını söyləyib. Onun sözlərinə görə G. Əhmədova bu mesajı qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsindən alıb. Mesajda isə G. Əhmədovanın hədələndiyi əks olunub: "Bu həbsxanaya gəlsən səni öldürəcəyik, sən özünü ölmüş bil".


Əfsər Talıbov Gülər Əhmədovanın "qadın koloniyasından" olan məktubu aldıqdan sonra səhhətinin daha da pisləşdiyini də sözlərinə əlavə edib.

Xatırladaq ki, fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Ötən il fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. 


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.

Sizin Reklam Yeriniz