Əlaqə Arxiv
news Image
2014.02.23
10:23
| A A A
Suriyaya humanitar yardım edilməsi ilə bağlı qərar qəbul olunub

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının ötən gün keçirilən iclasında Suriyaya humanitar yardım edilməsi ilə bağlı qərar qəbul olunub. Şura nümayəndələri ilk dəfə olaraq bu ölkəyə dair hər hansı bir məsələdə həmrəylik göstəriblər. Səsvermə nəticəsində qəbul olunan qərara əsasən, Suriyada döyüşlərdən əziyyət çəkən insanların ərzaq, tibbi və sanitar vasitələrlə təmin edilməsi nəzərdə tutulur. İclasda çıxış edən təşkilatın baş katibi Ban Ki Mun humanitar yardımın lazımi məntəqələrə çatdırılmasına mane ola biləcək problemlərin aradan qaldırılması üçün Suriya prezidenti Bəşər Əsədə müraciət edib.


"Əslində, bu qətnaməyə ehtiyac yoxdur. İnsanlara humanitar yardım edilməsi məsələsi mübahisə mövzusu deyil. Bu, beynxalq cəmiyyətin xoş niyyəti olaraq həyata keçirilməlidir"


İclasda çıxışı edən Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri Suriyaya humanitar yardımın effektiv şəkildə icra olunacağına inanmadığını bildirib. Onun sözlərinə görə, hazırda ölkə ərazisində terrozimə qarşı aparılan mübarizə Suriyanın birinci dərəcəli humanitar problemidir və dünya ictimaiyyəti daha çox bu problemin həllinə çalışmalıdır.


"Suriyada əl-Qaidənin adı hallandıqca bu ölkədə sülhdən söhbət gedə bilməz"


Hökumətə məxsus qırıcıların havadan yağdırdığı barel bombaları humanitar yardımın çatdırılmasında çətinlik törədir.

Sizin Reklam Yeriniz