Əlaqə Arxiv
news Image
2014.02.23
10:25
| A A A
Azay Quliyev Berlində Xocalı soyqırımına həsr olunmuş tədbirdə iştirak etdi

Bu gün Almaniyanın paytaxtı Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin-Brandenburq Atatürkçü Düşüncə Dərnəyinin (ADD) təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Berlin Türk Evində baş tutan tədbirdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə yanaşı Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri cənab Pərviz Şahbazov, Türkiyə Cumhuriyyətinin Almaniyadakı Başkonsulu cənab Ahmet Başar Şen, tarixçi alim Dr. Qasım Hacıyev, yazıçı və jurnalist xanım Səriyyə Cəfərova, Almaniyada yaşayan Azərbaycan və Türkiyə vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.

Millət vəkili Azay Quliyev çıxış edərək belə bir tədbiri təşkil etdikləri üçün təşkilatçılara öz minnətdarlığını bildirdi və bu cür tədbirlərin əhəmiyyətindən söz açaraq Xocalını ildə bir dəfə deyil, il boyu anılmasının və dünya ictimaiyyətinin diqqətində saxlanılmasının vacibliyini vurğuladı. Almaniyadakı vətəndaş cəmiyyəti nümayəndələrini Xocalı soyqırımının tanıdılması istiqamətində səylərini artırmağa çağıran şura sədri, rəhbəri olduğu qurumun Almaniyada fəaliyyət göstərən QHT-lərlə əməkdaşlığa hazır olduğu söylədi.

Eyni zamanda millət vəkili Xocalı soyqırımının tanıdılmasının hüquqi aspeklərindən bəhs etdi və Heydər Əliyev Fondunun soyqırımın tanıdılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək artıq altı ölkənin Xocalı soyqırımını tanıdığını bildirdi. Azay Quliyev fevralın 25-də Türkiyə və Azərbaycan QHT-lərinin Xocalı Soyqırımı ilə bağlı birgə bəyanat vercəyi barədə razılığa gəldiklərini bildirdi və Almaniyadakı QHT-ləri də bu bəyanata dəstək vermələrinə çağırdı. Azay Quliyev onu da bildirdi ki, ermənilər qondarma erməni soyqırımının 100 illiyini qeyd etmələri ərəfəsində Xocalı soyqırımını gündəmdə saxlamaq olduqca vacibdir. Cənab Quliyev Ermənilərin 100 il bundan qabaq olmamış bir hadisəni həqiqət kimi təqdim edikləri, lakin bizim cəmi 22 il əvvəl baş verən və əlimizdə kifayət qədər sübutlar olduğu halda Xocalı soyqırımını istədiyimiz səviyyədə düyada tanıtdıra bilmədiyimizi dilə gətirdi və Azərbaycan Baş Prokurorluğunun Xocalı soyqırımını törədən 200 nəfər qarşı cinayət işinin açıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Həmçinin, Şuranın UEFA-ya, Qalatasaray və Çelsi futbol klublarına 26 fevral 2014-cü ildə İstanbulda UEFA Çempionlar liqası çərçivəsində baş tutacaq Qalatasaray-Çelsi oyununda Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini və oyunçuların qollarına qara qolbaq bağlayaraq meydançaya çıxmaları barədə müraciətini diqqətə çatdırdı və Atletiko Madrid futbol kulubunun bu ərəfədə baş tutacaq oyununda Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edəcəyi və qollarına qara qolbaq bağlayacaqları barədə qərar qəbul etdiyini və bunun çox mühüm bir hadisə olduğunu söylədi.

Daha sonra Azay Quliyev auditoriyanın ona ünvanladığı suallara cavab verdi. Türkiyənin Xocalı soyqırımını tanıması və Türkiyənin Ermənistanla sərhədləri açmaq üçün futbol diplomatiyasını necə dəyərləndirdiyi barədə sualları cavablandıraraq bildirb ki, "Türkiyə hələ ki Xocalı soyqırımını tanımayıb, və mən Türkiyənin daxili işlərinə qarışmaq istəmirəm, lakin bir azərbaycanlı kimi çox istərdim ki, Türkiyə soyqırımı tanısın. O ki qaldı, Türkiyə prezidentinin Ermənistan prezidenti ilə Ermənistanda futbol maçını izləməsinə, demək isətəyirəm ki, Türkiyənin bu jesti və Sürixdə iki ölkə arasındakı münasibətlərin normallaşdırması haqqındakı protokolu imzalamasına baxmayaraq, Ermənistanın konstitutsiya məhkəməsi qərar qəbul etdi ki, Türkiyə qondarma erməni soyqırımını tanımalıdır, əgər bu olmazsa onlar münasibətləri normallaşdırmayacaqlar. Bundan başqa bilirsiniz ki, Ermənistan konsitutsiyasında Ağrı dağını Ararat kimi göstərməklə bu ölkə Türkiyəyə qarşı ərazi iddiası nümayiş etdirir. Belə olan halda hansı münasibətlərdən söhbət gedə bilər?! Ona görə də düşünürəm ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi idiasından vaz keçməyincə bu ölkə ilə hər hansı bir münasibətdən danışmaq faydasızdır".

Tədbirdə həmçinin, Heydər Əliyev Fondu tərəfindən çəkilmiş Xocalıya həsr edilmiş sənədli film də nümayiş olunub.

Sizin Reklam Yeriniz