Əlaqə Arxiv
news Image
2014.02.23
11:16
| A A A
Prezident İlham Əliyev estoniyalı həmkarına təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Estoniya Respublikasının Prezidenti Toomas Hendrik İlvesə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Əziz Dostum,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişləndirilməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Sizin Reklam Yeriniz