Əlaqə Arxiv
news Image
2014.02.23
15:30
| A A A
Azərbaycanlılar Almaniyada aksiya keçirdi- Foto
Almaniyanın Nürnberq şəhərində Xocalı soyqırımına həsr olunmuş yürüş-mitinq keçirilib 


"Qafqazinfo" xəbər verir ki, Azərbaycan diaspor təşkilatları fevralın 22-də Almaniyanın Nürnberq şəhərindəki mərkəzi meydanda - Jakobsplazda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar yürüş-mitinq keçiriblər. Xocalı qurbanlarının ruhunun bir dəqiqəlik sükutla anılması və Azərbaycanın dövlət himninin oxunması ilə başlayan aksiya 2 saat davam edib.

Aksiyada Azərbaycan diasporunun fəal üzvlərində biri Yeganə Məmmədzadə alman dilində ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım haqqında məlumat verib. Daha sonra Azərbaycan və Türk icmalarının nümayəndələri çıxış edərək Avropanı 20-ci əsrin ən dəhşətli qətliamlarından biri – Xocallı soyqırımına, eləcə də, BMT qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına biganə qalmamağa çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Odlar Yurdu Azərbaycan-Alman Dostluq Mədəniyyət Cəmiyyəti və Azərbaycan diasporunun fəalı Akif Məmmədovun təşkilatçılığı baş tutan aksiyaya digər türkdilli xalqların təmsilçiləri də qatılaraq soydaşlarımıza dəstək nümayiş etdiriblər. Onların arasında Balkan Türkləri Birliyi, Avropa Batı Trakya Türkləri Federasiyası, Türk Günü Dərnəyi, Türk Ocakları, Türk Vəlilər Dərnəyinin fəal üzvləri olub.

Sizin Reklam Yeriniz