Əlaqə Arxiv
news Image
2014.02.23
15:32
| A A A
Yanukoviçin iqamətgahından rüşvət sənədləri çıxdı
Ukraynanın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviçin iqamətgahından sənədlər tapılıb. 


Movqe.Az "Qafqazinfo"-a istinadən verdiyi məlumata görə,  sənədlər qanunların pozulması, hakimlərin satın alınması və rüşvət verilməsi ilə bağlı faktları əks etdirir.

Sənədlər dalğıclar tərəfindən sudan çıxarılıb. Yanukoviçin adamları bəzi sənədləri yandırmağa çalışıblar. Lakin kağızları tam yandırmağa vaxt qalmadığını gördükdə onları Dnepr çayına atıblar.

Sənədlərin əksəriyyəti Prezident Administrasiyasının rəhbəri Andrey Klyuyevə və "Ukraynanın dirçəlişi" xeyriyyət fonduna məxsus "Tantalit" firması tərəfindən iqamətgahın tikilməsinə çəkilən xərclərlə bağlıdır.  Sənədlərdən birində tenderdə qalib gəlmək üçün rüşvət verildiyi açıq şəkildə yazılıb.

Ukrayna müxalifətinin fəalları Kiyev yaxınlığındakı fərdi anbarda dəyəri təxminən 2 milyon dollara bərabər olan 12 eksklüziv avtomobil aşkarlayıblar. Maşınların Viktor Yanukoviçin oğluna məxsus olduğu bildirilir.

Anbardakı ən bahalı avtomobil eksklüziv zirehli "Knight XV"dır. Onukn qiyməti təxminən 700 min dollardır.

"İnternational" pikapının qiyməti 130 min dollardır. Viktor Yanukoviçin oğlu məhz bu avtomobillə üç il əvvəl drift üzrə Ukrayna çempionatına qatılmışdı. 

Sizin Reklam Yeriniz