Əlaqə Arxiv
news Image
2014.02.23
15:36
| A A A
BVF Ukraynaya yardım göstərməyə hazırdır

Ukrayna hakimiyyəti xahiş etsə Beynəlxalq valyuta fondu (BVF) Ukraynaya kömək etməyə hazırdır. Trend Frans Press agentliyinə istinadən bu barədə BVF-in rəhbəri Kristin Laqard bəyan edib.

"Əgər Ukrayna hökuməti yardım üçün BVF-ə müraciət etsə, şübhəsiz ki, biz buna hazırıq. Biz bu vəziyyətin müayinəsinə kömək etməyə hazırıq", - Laqard bildirib.

BVF-ə müraciəti Ukrayna iqtisadiyyatı üçün "daha davamlı inkişaf yolunu" təmin etməyə imkan verəcək, ABŞ dövlət departamentinin yüksək vəzifəli nümayəndəsi jurnalistlərə bildirib.

Sizin Reklam Yeriniz