Əlaqə Arxiv
news Image
2014.02.23
16:37
| A A A
Toydan qayıdanların maşını aşdı: yaralılar var

Qəza Quba-Xaçmaz yolunun 3-cü kilometrliyində qeydə alınıb. Bakı şəhər sakini 24 yaşlı Əhmədov Mədət Eldar oğlunun idarə etdiyi "Mercedes" markalı avtomaşın Quba istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq meyvə bağına girib və aşıb. Qəza nəticəsində sürücü və maşındakı sərnişin  Quba rayonunun Bağbanlı kənd sakini, 44 yaşlı Piroğlanov Asif Azər oğlu müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə onlar toydan qayıdarkən baş verib. 

 

Faktla bağlı araşdırma aparılır.


Sizin Reklam Yeriniz