Əlaqə Arxiv
news Image
2014.02.23
20:02
| A A A
Şamaxıda “KaMAZ” minik avtomobili ilə toqquşdu: 2 ölü, 1 yaralı

Bakı-Şamaxı yolunda iki nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə bu gün saat 17:30 radələrində yolun 115-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb.


Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Cəlilov Fərid Aydın oğlunun idarə etdiyi "VAZ 21015" markalı minik maşını qarşı tərəfədən gələn "KaMAZ" markalı yük maşını ilə toqquşub.


Hadisə nəticəsində "VAZ 21015"in sərnişinləri- 1992-ci il təvəllüdlü Fazilzadə Rza Cəlal oğlu və 1991-ci il təvəllüdlü Mütəllimov Vüqar İlqar oğlu dünyasını dəyişib, sürücü Fərid Cəlilov isə ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz