Ankarada Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlıq iclası keçiriləcək
Ankara şəhərində Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələri (HDQ) arasında əməkdaşlıq iclası keçiriləcək.
Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 26-dən 28-dək davam edəcək iclasda iki ölkənin HDQ arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivlərinin müzakirəsi planlaşdırılır.
İclas Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən keçirilir.