Əlaqə Arxiv
news Image
2014.02.24
11:04
| A A A
Moskva səfirini Ukraynadan geri çağırdı

Rusiya Ukraynadakı vəziyyətin pisləşməsindən dolayı səfirini ölkədən geri çağırıb. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ukraynadakı səfir Mixail Zurabovu bu ölkədə vəziyyətin gərginləşməsi ilə əlaqədar Moskvaya məsləhətləşmələrə çağırıb.

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, Moskva şənbə günü Prezident Yanukovoçi vəzifəsindən alan deputatları qınayıb. Ukraynaya yeni təyin olunmuş, Timoşenkonun yaxın dostu- müvəqqəti Prezident Oleksandr Turçunyov artıq hökümətin Avropa Birliyinə inteqarasiya məsələsinə yönələ biləcəyini söyüləyib. Prezident Yanukoviçin AB_Ukrayna ticarət paktını imzalamaması etirazçıların onu devirməsinə səbəb oldu.

BMT dövlət katibi Con Kerri Ukrayna parlamentinin fəaliyyətlərini dəstəklədiklərini bildirib.

AB xarici işlər naziri Katherina Aşton bazar ertəsi günü siyasi böhrana son dəfə həll tapmaq və iqtisadi vəziyyəti stabilləşdirmək üçün Kiyevə gedəcəyini bildirib.

Sizin Reklam Yeriniz