Əlaqə Arxiv
news Image
2014.02.24
13:27
| A A A
Yanukoviç haqqında həbs qərarı verildi

Ukraynada məclisində edilən səsvermə nəticəsində səlahiyyətləri alınan keçmiş Ukrayna prezidenti Yanukoviç haqqında həbs qərarı verilib. 


Hadisə haqqında şərh verən Daxili İşlər naziri Arsen Avakov həlak olan vətəndaşlarla əlaqədar istintaq başlatdıqlarını və Viktor Yanukoviçin də vətəndaşların ölümündə təqsirkar olması səbəbiylə axtarıldığını bildirib.


Ukraynada parlament tərəfindən səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviçin Krımda görüldüyü iddia edilib.


Movqe.Az xəbər verir ki, müxalifət partiyası millət vəkili Volodim Kurennoy , sosial paylaşma saytı Facebookdakı səhifəsində Yanukoviçin Krımda həbs olunduğu məlumatını aldığını yazıb.


Ukrayna xəbər portalı "Liga.net" də Krımın Sevastopol şəhərində yaşayanların Yanukoviçi Rus dənizçilərlə gördüklərini qeyd edib. Sevastopol , Rusiyanın Qaradəniz Donanmasına ev sahibliyi edir.


Daxili İşlər Nazirliyi səlahiyyətliləri isə onlara Yahukoviçin Krımda olması ilə əlaqədar hər hansı bir məlumat gəlmədiyini deyib.


Yanukoviç , cümə günü müxalifət liderləri ilə bir razılaşma imzaladıqdan sonra Kievdən qaçmışdı. Sərhəd qoşunları , Yanukoviçin şənbə günü ölkə xaricinə getməyə  çalışarkən dayandırıldığını söyləmişdi.

Sizin Reklam Yeriniz