Əlaqə Arxiv
news Image
2014.02.24
17:00
| A A A
Misirdə hökumət istefa etdi

Misir baş naziri Hazim Beblavi , zərbəylə iqtidara gələn müvəqqəti hökumətin , aprel ortasında ediləcək seçkilərdən əvvəl istefa etdiyini bildirib.

Bunun , Sisinin namizədliyini açıqlaya bilməsi üçün lazım olan bir addım olduğu deyilir.


Movqe.Az xəbər verir ki, Misirin rəsmi Əl Ahram qəzeti , Beblavinin əvəzinə baş nazirlik kürsüünə Tikinti və infrastruktur naziri İbrahim Mihlibin gətirilməsinin gözlənildiyini bildirib.


Hökumətin istefa qərarı , kabineti Müdafiə naziri və Baş qərargah Başçısı Abdülfettah Sisinin də iştirakı ilə təşkil etdiyi yığıncaqdan sonra verdiyi qərarla açıqlanıb.


Misirdə xalqın əksəriyyətinin dəstəyini aldığı təxmin edilən və güclü bir rəqibi olmayan Sisinin prezident seçkilərindən qalib çıxma ehtimalı yüksək görülür.

Sizin Reklam Yeriniz