Əlaqə Arxiv
news Image
2014.02.24
18:43
| A A A
Günəşdə baş verən alışmalar yerin maqnit sahəsinin zəif həyəcanlanmasına səbəb olub

Bundan da ən çox zərərçəkənlər meteohəssas insanlar olub


 Son 2 gün ərzində yer kürəsində 1 sutkadan daha çox müddətdə maqnit sahəsinin zəif həyəcanlanması qeydə alınıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, bir neçə gün bundan öncə günəşdə baş verən alışmalar yerin maqnit sahəsinin zəif həyəcanlanmasına səbəb olub. Onun sözlərinə görə, bu proses dünən bütün günü, bu gün səhər saat 6-ya kimi davam edib: "Səhərə yaxın həyəcanlanma nisbətən sakitləşib və hazırda vəziyyət stabildir. Günəşdə zəif alışmalar arası kəsilmədən baş verir. Onlar yerə tərəf yönələndə belə həyəcanlanma və maqnit qasırğası qeydə alınıb. Bundan da ən çox zərərçəkənlər meteohəssas insanlar olub. Çünki onlar meteohəssas insanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər bunu daha tez hiss edə bilirlər".

 

N. Cəlilov qeyd edib ki, hazırda vəziyyət günəşdə tamamilə sabitdir. Onun sözlərinə görə, mövcud proqnozlara baxdıqda da qarşıdan elə bir böyük hadisənin baş verməyəcəyini görmək olar.


Sizin Reklam Yeriniz