Əlaqə Arxiv
news Image
2014.02.24
20:31
| A A A
Baş yepiskop müsəlmanları hədələdi

Kipr Rum rəhbərliyinin son günlərdə birbaşa Türkiyəni hədəf alan təhdidlərinə yenisi , Baş yepiskop Hrisostomos tərəfindən əlavə edilib .


Rum Ortodoks Kilsəsi Baş yepiskopu Hrisostomos , "Türklər ağlını başına yığmasa , Kipr probleminə həll tapılması üçün başlayan müzakirələr çökəcək " deyib.



Movqe.Az xəbər verir ki, Bafta camaatına üzünü tutan Baş yepiskop , Türk tərəfinin adada daim iki dövlətli bir konfederasiya istədiyini iddia edərək , "Türklərin bu mövqeyindən ötəri müzakirələr dayanacaq " deyib.



Kipr problemindəki müzakirələrin başlamasının əhəmiyyətinə işarə edən Hrisostomos , " federasiyaya, Kiprli Türklərə Rumlarla birlikdə yaşamaları üçün bir şans veriləcək" deyib.


"Ümid edirəm ki Türklər ağlını başına yığacaq" deyən Baş yepiskop , əks halda həll deyil, müzakirələr baş tutmayacaq deyə hədələyib. 

Sizin Reklam Yeriniz