Əlaqə Arxiv
news Image
2014.02.25
11:45
| A A A
Venezuelada da üsyanlar səngimir
Venezuelada, paytaxt Karakasda hökümət əleyhinə etirazlar keçirilib. Etirazçılar yollarda rezin və taxta avadanlıqlar yandıraraq şəhərə girişin qarşısını alıblar. Movqe.Az xəbər verir ki, müxalif lideri Henriki Kapriles öz dəstəkçilərinə sosial mediada dolaşan "milli blokada" çağırışlarına fikir verməməyi deyib. İndiyə qədər blokadalarda 13 nəfər həlak olub. Marakaibo və Valensia şəhərlərində də oxşar etirazlar keçirilib. Etirazçılar Prezident Nikolas Maduroya qarşı çıxdıqlarını qazan və tavaları bir-birinə vuraraq göstərməyə çalışıb. Nümayişçilər prezident istefaya gedənə qədər etirazlarına davam edəcəklərini bildirib. Prezident Maduro isə dünən müxalif lider Henrike Kaprileslə görüşəcəyini söyləmişdi. Lakin sonradan Kapriles bu fikrindən daşınıb.  
Sizin Reklam Yeriniz