Əlaqə Arxiv
news Image
2014.02.25
15:31
| A A A
BMT nümayəndəsindən Yanukoviçə tənqid

Ukraynanın Birləşmiş Millətlər Təşkilatının daimi nümayəndəsi Yuriy Sergeyev , ölkəsində yaşananların Dövlət Başçısı Viktor Yanukoviçə qarşı bir zərbə olaraq görülməməsi lazım olduğunu söyləyib.


Movqe.Az xəbər verir ki, Ukraynanın Birləşmiş Millətlər Təşkilatının daimi nümayəndəsi Yuriy Sergeyev , Birləşmiş Millətlər Təşkilatının Ümumi Mərkəzində təşkil etdiyi mətbuat konfransında , Viktor Yanukoviç gizlicə Kievdən qaçdığını , vəzifələrini buraxdığını və "öz özünü yox etdiyini " bildirib.


Yanukoviçi keçmiş Sovetlər Birliyi lideri Leonid Brejnevə bənzədən Sergeyev , "Ukrayna , Avropa Birliyi ( AB)və Rusiya arasında bir seçim edə bilməz. AB-in ortağı olmaq məcburiyyətindəyik. Eyni zamanda Rusiya ilə qonşuluq və dostluq əlaqələrimizi də davam etdirmək məcburiyyətindəyik " deyib.


Bu gün milli birlik hökumətinin qurulacağına işarə edən Sergeyev , " Ukraynadakı siyasi dəyişikliklə əlaqədar yalanların sona çatmasını istəyirik. Ölkəmdə olanlar bir zərbə deyildi". söyləyib. 


Həm özünün, həm də BMT-dəki Ukrayna Missiyası işçilərinin rəhbərlik əleyhinə nümayişlərə dəstək verdiyini deyən Sergeyev , Baş katib Ban Ki- muna və BMT işçilərinə Ukraynaya dəstək verdikləri üçün təşəkkür edib.


Yanukoviç 21 Noyabrda AB-nin təklif etdiyi Tərəfdaşlıq Sazişi ilə Dərin və Hərtərəfli Azad Ticarət sazişini ( DCFTA ) geri çevirdikdən sonra başlayan rəhbərlik əleyhinə nümayişlər , keçən həftə müxalifət liderləri ilə müqavilə imzalanması ilə nəticələnmişdi.

Sizin Reklam Yeriniz