Əlaqə Arxiv
news Image
2014.02.25
16:08
| A A A
Ukrayna yeni hökuməti iki gün gecikəcək

Ukraynada müvəqqəti dövlət başçısı Aleksandr Turçinov, milli birlik hökumətinin qurulmasının Cümə axşamı gününə təxirə salındıığını açıqlayıb.


Ukraynalı səlahiyyətlilər tərəfindən daha əvvəl edilən şərhlərdə, hökumətin bu gün qurulacağı deyilmişdi.


Movqe.Az xəbər verir ki, Kiyevdə Turçinovla görüşdükdən sonra jurnalistlərə açıqlama verən Avropa Birliyi (AB) xarici işlər və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Ketrin Aşton isə Ukraynanın çətin vəziyyətdəki iqtisadiyyatına maliyyə yardımı edə bilmələrinə imkan təmin edəcək islahat proqramının yeni hökumət tərəfindən tezliklə hazırlanması üçün müraciət edib.

Sizin Reklam Yeriniz