Əlaqə Arxiv
news Image
2014.02.25
18:02
| A A A
Azərbaycanda sifarişli qətl törətməkdə və 12 il beynəlxalq axtarışda olan şəxsin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən 12 il beynəlxalq axtarışda olan Nadir Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib. Movqe.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı isə martın 4-nə təyin edilib. Qeyd edək ki, N. Mehdiyev Qazaxıstanda həbs edilib. Məlumata görə, 45 yaşlı Mehdiyev Nadir Mikayıl oğlu 2001-ci ildən axtarışda olub. O, sifarişlə Ceyhun Şirinov adlı şəxsi qətlə yetirməkdə təqsirli bilinir. Bu barədə İnterpolun saytında da məlumat yerləşdirilib.

Azərbaycan Daxili İşlər Nazirliyinin və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində N. Mehdiyev Qazaxıstanın Astana şəhərində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilir.

Sizin Reklam Yeriniz