Əlaqə Arxiv
news Image
2014.02.26
10:29
| A A A
ABŞ səfiri Xocalı ilə bağlı bəyanat yaydı

Riçard Morninqstar: "İnsan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır"

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xocalının anım günü ilə bağlı bəyanat yayıb. Movqe.az-ın məlumatına görə, səfirin bəyanatında deyilir:


"Biz Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayırıq. İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. Amerika Birləşmiş Ştatları Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işələməyə sadiqdir".


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.


Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.


Sizin Reklam Yeriniz