Əlaqə Arxiv
news Image
2014.02.26
11:06
| A A A
Polislər haqqın qarşısında diz çökdü

Mitinqdə qurulan platformaya çıxan təhlükəsizlik işçiləri , həmkarlarının səbəb olduğu ölümlərdən ötəri çox kədərli olduqlarını bildirib. Yoldaşlarının qarşısında ayağa qalxan bir polis məmuru , "Sizdən bizi bağışlamanızı istəyirik ... Hadisələrdə həyatını itirənlərin xatirəsinə diz çöküyoruz " deyib.


Yanukoviçin hakimiyyətdən salınmasından sonra müvəqqəti prezident seçilən Aleksandr Turçenov , ölkənin bəzi yerlərində fikir ayrılığı yarandığını deyib . Krım və ölkənin şərqindəki Rusiya tərəfdarı bəzi yerlərdə Yanukoviçə dəstək hərəkatları edilərək Kievdəki yeni rəhbərliyə etiraz edilmişdi. 


Rus donanmasının da olduğu Krımdakı vəziyyəti müzakirə etmək üçün məhkəmə gücləriylə bir araya gəldiyini söyləyən Turçenov , " Tədbir zamanı Ukraynanın birliyinə qarşı təhdidləri və ayrılığa dair bəzi təhlükəli işarələrə necə icazə verməyəcəyimizi danışdıq. Separatçılıq böyük bir təhdiddir. Separatçı hərəkətlərdən məsul tutulanlar cəzalandırılmalıdır "deyib.

Sizin Reklam Yeriniz