Əlaqə Arxiv
news Image
2014.02.26
12:19
| A A A
ABŞ , Suriyaya kiber hücum təşkil edə bilər
ABŞ-da yayımlanan "New York Times" qəzetindəki bir xəbərdə Vaşinqton rəhbərliyinin , vətəndaş müharibəsinin qarşısının alına bilməməsi səbəbiylə Suriyaya müdaxilə edəcəyi iddia edilib. 


Ediləcəyi iddia edilən hərbi müdaxilənin isə döyüş təyyarələri kimi ənənəvi əməliyyat üsullarıyla deyil, kiber hücumla reallaşacağı bildirilir.


 Xəbərə görə ABŞ prezidenti Barak Obama , daha əvvəl bir çox maneə törətdiyi Suriya ordusuna yönəldilmiş kiber hücumları yenidən müzakirə edib.


 New York Times , xəbərini Obama ilə yığıncaqlara qatılan ABŞ Milli Təhlükəsizlik Təşkilatının səlahiyyətlilərinə əsaslandırıb.


 Movqe.Az xəbər verir ki, Obamanın əvvəllər də İrana istiqamətlənmiş kiber hücum əmrlərini verdiyini xatırladan xəbərdə Suriyaya ediləcək kiber əməliyyatın məzmununa və ya tarixinə dair bir məlumat verilməyib. Digər tərəfdən Suriyada Əl-Qaidə və İraq Şam İslam Dövləti ( IŞİD ) arasındakı döyüş qızışır. Əl-Qaidə , səlahiyyətlilərindən Əbu Xalid Es Surini öldürən IŞİD-ə ultimatum verib. Əl-Qaidə əlaqəli Nusra Cəbhəsi lideri , hücumları dayandırması və şəriət qanunları ilə mühakimə qəbul etməsi üçün IŞİD-ə 5 gün müddət verdiklərini bildirib.

Sizin Reklam Yeriniz